Bu rayonda internetin verilməsində fasilə yarandı

Daşkəsən rayonunda internetin verilməsində fasilə yaranıb.

“Report”un Qərb bürosunun məlumatına görə, artıq bir neçə saatdır Daşkəsəndə internetin verilməsi dayanıb.

Məlumata görə, “Azəronline” internet provayderində problem yaranıb. Hazırda yaranmış problemin həlli istiqamətində işlər görülür.

Nasazlıq aradan qaldırıldıqdan sonra internetin verilməsi gözlənilir.