Bu rayonda magistral yolların kənarındakı evlər təmir olunacaq

Astara rayonu ərazisinə aid olan magistral avtomobil yollarının kənarında mövcud fərdi yaşayış evlərinin dam, fasad və hasarlarında təmir və yenidənqurma işləri aparılacaq.

Yenicag.az xəbər verir ki, yerli icra hakimiyyəti bununla bağlı hazırlıqlara başlayıb.

Təmir və bərpa olunacaq fərdi yaşayış evlərinin sayı açıqlanmayıb. Qeyd edilib ki, təmir və yenidənqurma işləri yol kənarında estetik görünüşün yaxşılaşdırılması məqsədi ilə həyata keçirilir.

COP29