Sabah Bakının Nəsimi rayonunda içməli suyun verilməsi məhdudlaşdırılacaq.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, magistral su xəttinin yerinin dəyişdirilməsi və birləşmələrin verilməsi ilə əlaqədar iyulun 19-da gün ərzində Nəsimi rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Yenicag.az