Bu gün Bakının Yasamal rayonunun bir küçəsində suyun verilişində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən verilən məlumata görə, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yağış sularının kənarlaşdırılması üçün kollektorun tikintisi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi ilə əlaqədar iyulun 14-də gün ərazində Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsinə suyun verilişində fasilə olacaq.