Saat 19:00-a olan məlumata əsasən Şəmkir, Tərtər, Zaqatala, Bərdədə yağış yağıb.
ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Tərtər rayonu Qarağacı kəndinə saat 16:05-16:10 radələrində diametri 1.2-1.5 mm, Tovuz rayonu Haçıqaya kəndinə saat 16:30 radələrində, saat 16:40 radələrində isə Gədəbəy rayonunun Xarxar, Samanlı və Zəhmət kəndlərinə xırda dənəli dolu düşüb.
Şimal-qərb küləyi arabir Naftalan, Gəncədə 24 m/s, Tovuzda 23 m/s; Bakıda və Abşeron yarımadasında: Bakıda 23 m/s, Maştağa, Qum adasında 20 m/s, Sumqayıt, Binə, Çilov adası, Zabrat, Neft Daşlarında 17 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,2 metrə çatıb.