Bu rayonlara yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Oktyabrın 1-i saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-ya verilən xəbərə görə, oktyabrın 1-i saat 18:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi Daşkəsən, Gədəbəy, Naftalan, Goranboy, Şəki, Ağdam, Göygöl, Bərdə, Tərtər, Qazax, Ağstafa, Tovuz, Gəncə, Şəmkirdə şimşək çaxır, arabir leysan xarakterli intensiv yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 29, Aran rayonlarında 26, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.

COP29