Reklam

Reklam

Prezident İlham Əliyev aprelin 2-də “Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında cəmi 776 şagird yerlik modul tipli 14 məktəbin quraşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 milyon 392 min manatı Təhsil Nazirliyinə ayrılıb.

Sərəncama əsasən İsmayıllının Gəndov, Girk, Uştaqlışlaq, Şamaxının Talışnuru, Ərciman, Cıraqlı, Cabanı, Çağan, Laləzar, Sabirli, Qobustanın Şıxzərli, Ağsunun Sanqalan, Abasxanlı və Sarvan kəndlərində modul tipli məktəb binaları quraşdırılacaq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 706
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."