Bu rayonlarda qaz olmayacaq

dem-qazsiBu gün Bakının Nərimanov və Sabunçu rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi və qaz sızmasının ləğvi ilə əlaqədar martın 3-də saat 10:00-dan 18:00-dək Nərimanov və Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.