Reklam

Reklam

52940Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, iyunun 24-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Zərdab” və “Balakən”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Qazaxbəyli”, Astara Magistral qaz kəmərləri sahəsinin “Nərimankənd”, “Avrora” və “Cəlilabad” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Qazax rayonunun Daşsalahlı, Kosalar, Qazaxbəyli, Orta Salahlı, Aşağı Salahlı və Canallı, Sabirabad rayonunun Nərimankənd, Olacalı, Əhmədabad, Müsəlli və Şıxlar, Lənkəran rayonunun Hirkan, Cərətük, Aşağı Nüvədi, Büzəli, Mamusta, Parakənd, Bala Şürük, Yuxarı Nüvədi, Südəmordux və Vələdi, Cəlilabad rayonunun Uzuntəpə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Zərdab və Balakən rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 35
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."