Ucar və Zərdab rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Yenicag.az xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Göyçay-Ucar” yüksək təzyiqli magistral qaz kəmərində korroziyaya uğramış hissənin dəyişdirilməsi ilə bağlı, 9 iyun saat 09:00-dan işlər başa çatanadək “Ucar” QPS-dən qidalanan “Ucar”, “Lək” QPS-dən qidalanan “Lək 1-ci xətt”, “Zərdab” QPS-dən qidalanan “Zərdab”, magistral qaz kəmərindən qidalanan “Ucar Pambıq emalı zavodu” və “Zərdab asfalt beton zavodu” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.