Bu rayonun bir hissəsində işıq olmayacaq

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Yenicag.az xəbər verir ki, Dövlət Energetika Xidmətinin funksiyalarının “Azərenerji” və “Azərişıq” ASC-yə ötürülməsi ilə əlaqədar elektrik yarımstansiyalarında cəmiyyətlərin balans mənsubiyyətli sərhədlərində elektrik sayğaclarının quraşdırılması məqsədilə Kəngərlinin bir hissəsində martin 11-də saat 12:00-dan 15:00-dək elektrik enerjisinin verilişində fasilələr olacaq.