Bu rayonun bir hissəsində qaz olmayacaq

Ucar rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Yenicag.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Lək” QPS-in girişin hissəsində quraşdırılmış qurğunun dəyişdirilməsi və digər avadanlıqlarda aşkar olunmuş qaz sızmasının ləğvi ilə bağlı, 13oktyabr 2022-ci il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Lək” QPS-dən “Lək 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir aparılan müddətdə Ucar rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.