Bu rayonun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq – XƏBƏRDARLIQ

“Şahağacı” ölçü qovşağından qidalanan Astara rayonunun Pensər, Kakalos, Şahağac kəndlərini təbii qazla təmin edən orta təzyiqli yeraltı qaz kəmərinin kipliyə sınaq olunması ilə əlaqədar 17.11.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Şahağacı” qaz ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən  Yenicag.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Astara rayonunun 30 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq./apa