Reklam: High Technic
hightechnic

Bu restorana müsəlmanların girişi qadağandır - Qalmaqal

Fransanın paytaxtı Parisdə müsəlmanlara qarşı ayrıseçkiliyə yol verilir.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Parisdə fəaliyyət göstərən “L’Avenue” restoranına müsəlmanların girişi qadağan edilib. Əvvəlcədən rezervasiya əsasında müştərilərini qəbul edən restoran müsəlmanlara aid ad-soyad gördükdə rədd cavabı verir. Həmçinin, gün ərzində restorana gəlmək istəyən başörtülü qadınlar da “yer yoxdur” bəhanəsi ilə geri qaytarılır.

Bu barədə şahidlərin verdiyi məlumat əsasında restorana zəng edən jurnalistlər dörd nəfərlik yer götürmək istəyiblər. Lakin Qətər nömrəsi və Əhməd adı ilə gələn zəngə mənfi cavab veriblər. Ardınca isə Fransa nömrəsi və Yann adı ilə rezervasiya üçün zəng edən jurnalistlər bu dəfə 4 nəfərlik yer götürməyə nail ola biliblər.

Qeyd edək ki, Parisin ən görkəmli yerlərindən birində yerləşən “L’Avenue” Rihanna, Sienna Miller, Lana Del Rey, Castin Biber kimi məşhurları da qəbul edib.

www.yenicag.az

2195