!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu, Rusiyanın Cənubi Qafqaz maraqlarına uyğun deyil” - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Qarabağın böyük ərazilərinə – rus kontingentinin müvəqqəti nəzarətində olan yerlərə, həmçinin Laçında sərhəd-buraxılış məntəqəsini quraraq nəzarətimizi bərpa etmişik. Bu, birmənalı olaraq Rusiyanın Cənubi Qafqaz maraqlarına uyğun deyil”.

Bunu Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının aparıldığı bir zamanda Qarabağda atəşkəsin pozulmasının Rusiyanın planı olması ehtimalından danışan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Qarabağda atəşkəsin pozulması faktlarının birmənalı olaraq Rusiyanın hərbi-siyasi maraqlarına cavab verdiyini düşünmürəm:

“Daha öncə də dəfələrlə Qarabağ ərazisində intensiv şəkildə erməni silahlıları atəşkəs rejimini pozub. Atəşkəs pozuntularının yaratdığı təhdidləri aradan qaldırmaq üçün Azərbaycan Ordusu təxminən 10-a yaxın uğurlu yerdəyişmələr həyata keçirib.

Bunun nəticəsidir ki, biz Qarabağın böyük ərazilərinə – rus kontingentinin müvəqqəti nəzarətində olan yerlərə, həmçinin Laçında sərhəd-buraxılış məntəqəsini quraraq nəzarətimizi bərpa etmişik. Bu, birmənalı olaraq Rusiyanın Cənubi Qafqaz maraqlarına uyğun deyil.

Münaqişəli tərəflər arasında gərginlik yaratmaq üçün ayrı-ayrı rus komandirlərin təhrikedici addımlar atmasını istisna etmirik. Terrorçu erməni silahlılarının atəşkəsi kimin planı, göstərişi ilə pozduğu qətiyyən maraqlı deyil. Bunun bizim üçün heç bir əhəmiyyəti yoxdur. Atəşkəsin pozulması nəticəsində ordumuza və mülki vətəndaşlarımıza təhlükə yaranır. Onların həyatına, sağlamlığına yaranan bu kimi təhlükə və təhdidlərin qarşısı qətiyyətli şəkildə və ən qısa müddətdə aradan qaldırılmalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

403
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv