Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Bu, Rusiyanın Paşinyana xəbərdarlığıdır” - Ekspert

“Sözsüz ki, Gümrüdəki rus ordusunun Şirak vilayətinin Panik kəndində etdiyi həmin hərəkəti elə-belə baş verməyib. Bu addım birmənalı olaraq Moskvadan idarə olunub”.

Bu sözləri Yenicag.az-a açıqlamasında iyulun 17-də Ermənistanda, Gümrüdəki rus hərbçilərinin texnikadan istifadə etməklə kəndə daxil olması və atəş açmaqla əhalini qorxutmasına münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib:

“Ən azından rus ordusunun bu hərəkəti Rusiya Müdafiə Nazirliyi səviyyəsində müzakirə edilib. Həmin müzakirənin nəticəsi olaraq da orduya əhaliyə bu cür “qulaq burması” vermək tapşırılıb. Bu olay ciddi işartılardan xəbər verir. O deməkdir ki, Ermənistanda artıq anti-Rusiya əhval-ruhiyyəsi üzə çıxmağa başlayır”.

Politoloq bildirib ki, rus ordu hissələrinin həyata keçirdiyi bu özbaşınalıq və başıpozuqluğa səbəb isə yerli əhalinin öz hərəkətləri olub:
“Əhali Gümrüdəki rus ordusuna məxsus 102-ci briqadanın qarşısında “Çıxın gedin” şüarı altında tədbir keçirib. Özü də hərbi hissə yaxınlığında yerləşən həmin kənddə Paşinyan tərəfdarları çoxluq təşkil edir. Məhz həmin kənddə bu günə qədər də Rusiya bazalarının Ermənistandan çıxarılması adı altında müxtəlif tədbirlər keçirilib. Rus ordusu da həmin kənd sakinlərinin gözünün odunu almaq üçün ora basqın edib. Ağır texnika ilə edilən basqın zamanı hətta atəş də açılıb. Bu atəş də sadəcə olaraq, həmin kənddə təşviş yaratmaq məqsədi daşıyıb. Həmçinin, bununla həmin kənd sakinlərini 102-ci briqada qarşısında etiraz aksiyaları təşkil etməkdən çəkindirmək istəyiblər. Əlbəttə, məsələ ilə bağlı siyasi nəticə çıxarmağa çətinlik çəkirəm. Amma baş verən olay o deməkdir ki, Ermənistanda tədricən də olsa Moskvanın buradakı hərbi bazaları ilə bağlı daha ciddi mənfi əhval-ruhiyyə formalaşmaqdadır. Bu əhval-ruhiyyə də əhalinin tez-tez sözügedən məsələ ilə bağlı etiraz aksiyaları keçirməsinə gətirib çıxarır. Həmin etirazlar da, yuxarılar, yəni Paşinyanın ətrafı ilə əlaqəli ola bilər. Bu elə belədir də. Rusiya isə sadəcə olaraq əhalinin həmin hərəkətlərinə gördüyümüz formada aqressiv şəkildə cavab verir. Rusların həmin hərəkəti həm də Paşinyana hadisələrin bu məcrada davam edəcəyi təqdirdə, daha ciddi cavab tədbirlərinə əl atacaqları ilə bağlı bir xəbərdarlıqdır. Ona görə də indidən əhalini özlərini daha korrekt aparmağa “dəvət” edirlər”.

Qeyd edək ki, Ermənistanın Gümrü bölgəsində yerləşən Rusiyanın 102-ci bazanın hərbçiləri 2 gün öncə bir neçə avtomobildən ibarət kalonla Şirak vilayətinin Panik kəndinə daxil olaraq, xüsusi taktiki təlim məşğələsi adı altında boş patronlarla ətrafı intensiv atəşə tutublar. Heç nədən xəbəri olmayan kənd sakinləri güllə səslərindən qorxuya düşüblər. Həmin insident özü də baş nazir Nikol Paşinyanın Brüsseldə NATO sammitində iştirakının ardınca baş verib. Paşinyan isə insidentə görə Rusiya hərbi bazasında məsuliyyət daşıyanların hamısının cəzalandırılmasını tələb edib.

ELÇİN

www.yenicag.az

3357
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS