“Bu saatadək beş seçki məntəqəsində olmuşuq. Hər məntəqədə də 20 dəqiqə monitorinq aparmışıq. Getdiyimiz məntəqələrdə hələ ki, heç bir qanun pozuntusu müşahidə etməmişik”
Bu barədə KİV-ə açıqlamasında ATƏT-in ABŞ-dan olan müşahidəçisi Rouland Skot deyib. Günün sonunadək səsvermənin gedişini izləmək üçün daha bir neçə məntəqədə olacaqlarını vurğulayan R.Skot bildirib:
“Biz həm veb-kameralı məntəqələrə, həm də veb-kamera olmayan məntəqələrə gedirik. Məntəqələrdə səsvermənin gedişini izləyir, eyni zamanda, yerli müşahidəçilərlə də maraqlanırıq. Ümid edirəm ki, bu seçkilərdə də heç bir qanun pozuntusu qeydə alınmayacaq”.