Bu sahə üzrə 2 milyon manat kredit ayrıldı

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Siyəzən rayonunda taxıl anbarı kompleksinin genişləndirilməsi üçün 2 milyon manat kredit ayırıb.

Yenicag.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov “Twitter”də bildirib.

Onun sözlərinə görə, güzəştli kredit sahibkar Vüqar Qardaşova verilib.