“İşğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınacaq sahibkarlıq subyektləri vergi güzəştlərindən yararlana biləcəklər”.
Yenicag.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə uçota alınacaq vergi ödəyiciləri, əmlak, torpaq vergilərindən 10 il müddətinə güzəştlər əldə ediləcək.
“Bura satışdankənar gəlirlər də daxildir. İstehsal sahələri üzrə xammalın idxalı da 10 il müddətinə vergilərdən azad edilir. Bundan başqa, işğaldan azad edilmiş ərazilərin turizm potensialı nəzərə alınaraq əmlak, torpaq vergilərindən azad olunmaqla yanaşı, ƏDV-nin geri qaytarılması üzrə faiz dərəcəsi 30% müəyyən olunub”.