Lənkəranın Kənarmeşə kənd sakini Rameş Mustafayev qış aylarında hər gün dəniz kənarında idman edir və elə soyuq suda da çimir.
Bu vərdişə 10 yaşından yiyələndiyini və artıq 30 ildir qış fəslini Xəzərin sahillərində keçirdiyini bildirir. Yaşadığı yerdə də hər kəs onu bu qeyri-adi məşğuliyyətinə görə tanıyır.
Rameş bunu həm də cana faydalı hesab edir. Deyir ki,bu 30 ildə bircə dəfə də olsun səhhətindən şikayətlənməyib. Heç ağrıları da yoxdur. Əksinə özünü yaşıdlarından daha gümrah və güclü hesab edir. Bu gücü sayəsində hətta digər məharətlərə də yiyələnib. (Region TV)