Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Bu sazişdən sonra çox hadisə baş verib" - Malena Mard

Reklam: Sinerji Pro

“Ümid edirəm ki, Azərbaycanla Avropa İttifaqı arasında imzalanması planlaşdırılan yeni saziş əməkdaşlığımızı daha da genişləndirəcək”.

Bunu Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard 3-cü Aİ-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda tərəflər Əməkdaşlıq və Tərəfdaşlıq sazişi əsasında əməkdaşlıq edir:

“Lakin bu saziş imzalanandan sonra çox hadisə baş verib. Biz bir araya gəlib yeni hüquqi çərçivənin yaranması istiqamətində iş aparmalıyıq. Bu saziş yeni imkanlardan maksimum yararlanmağa imkan verəcək. İqtisadi əməkdaşlıq da sazişdə əksini tapacaq. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanda xarici investisiyanın 50 faizi Aİ ölkələrinin payına düşür. Aİ Azərbaycanla qeyri-neft sektoru sahədə tərəfdaş olmaq istəyir. Biz Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün mühüm islahatların aparıldığını görürük”.(APA)

Yenicag.az

Loading...

www.yenicag.az

405