“Bu səbəbdən 2024-cü il tarixdə ən isti il ola bilər” – “Bloomberg”

El Nino səbəbiylə 2024-cü il tarixin ən isti ili ola bilər.

Yenicag.az xəbər verir ki, bu barədə Bloomberg ekspertlərə istinadən məlumat yayıb. Nəşr bildirir ki, 2024-cü il tarixdə ən isti il ​​ola bilər.

Qeyd edilir ki, rekord istilərin səbəblərindən biri El Nino fenomeni – Sakit okeanın ekvatorial hissəsində suyun səth qatının temperaturunun dəyişməsi ola bilər.

Ümumdünya Meteorologiya Təşkilatı 2023-cü ili tarixin ən isti ili adlandırıb, lakin 2024-cü il daha da isti ola bilər.

Milli Okean və Atmosfer Administrasiyasının baş elmi işçisi Maykl Makfadenin sözlərinə görə, Sakit okeanda suyun istiləşməsi Yer səthinin temperaturunun artmasına gecikmiş təsir göstərir. Buna görə də, El Nino fenomeninin təsiri altında olan ikinci il birincidən daha isti ola bilər.

Əvvəllər Kvinslend Universitetinin avstraliyalı alimləri bildirmişdilər ki, yaxın 1-2 il ərzində həddindən artıq istilər səbəbindən bütün dünyada mərcan böyük itkilər riski altındadır.

Tarixi məlumatlar göstərir ki, hazırkı dəniz isti dalğaları, ehtimal ki, növbəti 12-24 ay ərzində qlobal kütləvi rəngsizləşmə (ağarma) və mərcan itkisinin xəbərçisi olacaqdır.

Xuraman Etibarlı

COP29