Bu şəhər və rayonların icra başçısı yoxdur

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Tofiq İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Yenicag.az-ın məlumatına görə, hazırda ölkəmizdə icra başçısı olmayan şəhər və rayonların sayı 3-dür.

Belə ki, Ağdaşla yanaşı Culfa rayonunun və Naxçıvan şəhərinin icra başçısı vəzifəsi boşdur.

Culfanın icra başçısı Siyam Çərkəz oğlu Hacıyev 31 avqust 2023-cü il tarixində işdən çıxarılıb və onun yerinə təyinat aparılmayıb.

17 noyabr 2023-cü il tarixində isə Mirsənani Seyidov Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Şəhər rəhbərinin yerinə hələ ki, təyinat olmayıb.

COP29