Bu şəhərdə 100 min nəfər işıqsız qaldı

Ukraynanın paytaxtı Kiyevdə 100 min nəfər işıqsız qalıb.

Yenicag.az “Strana”ya istinadən xəbər verir ki, buna səbəb “Ukrenergo” şirkətinin şəbəkələrində qəzanın baş verməsi olub.

Bununla yanaşı, hadisə nəticəsində Kiyevdə sürətli tramvayın hərəkəti dayandırılıb.

Qəzanın nəticələrinin nə vaxt aradan qaldırılacağı açıqlanmayıb.

 

COP29