İtaliyanın Pistoya şəhərinin administrasiyası mağazalar və restoranlarla bağlı yeni qətnaməni təsdiq edib.
Yenicag.az bildirir ki, bu haqda “Toscana Media News” nəşri malumat yayıb.
Hakimiyyətin qərarına görə şəhərin mərkəzində valyuta mübadiləsi, seks-mağazalar və kababxanalar açmaq qadağan edilir.
Həmçinin bütün lövhələr yalnız italyan dilində olmamalıdır.
“Biz şəhərin tarixini, əsasən də mərkəz hissəsini qoruyub saxlamalıyıq. Çünki turisti cəlb edən onun tarixi abidələri və mötəbərliyidir. Turistlər şəhərə kabab yemək üçün gəlmirlər”, – deyə Pistoyanın meri Alessandro Tomazi qərarı izah edib.
Zaur H.