İtaliyanın Milan şəhərində siqaret çəkmək qadağan olunacaq.
Yenicag.az xəbər verir ki, qərar 2025-ci il yanvarın 1-də qüvvəyə minəcək.
Qərara əsasən, 1 yanvar 2025-ci il tarixindən etibarən İtaliyanın Milan şəhərində küçələrdə siqaret çəkmək qadağan ediləcək .
Lakin siqaret çəkənlərin digər insanlardan ən azı 10 metr aralıda olması halında bu qadağanın tətbiq olunmayacağı bildirilib. Qadağaya əməl etməyənlərə 40-240 avro arası cərimələr tətbiq ediləcəyi açıqlanıb./yenisabah