Bu şəhərdə skuterlər qadağan edildi

Avstraliyanın Viktoriya əyalətinin paytaxtı Melburnda skuterlərin kirayəsi qadağan edilib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Melburn şəhər şurası təhlükəsizlik təhlükəsi yaratdığını əsas gətirərək kirayə verilən elektrik skuterlərinin qadağan edilməsinə səs verib. Şura üzvləri kirayə verilən elektrik skuterlərinin geri çağırılmasını 6 əleyhinə 4 əleyhinə səslə təsdiqləyib.

Buna uyğun olaraq, şəhərdə elektrik skuter kirayəsi xidməti göstərən və müqavilələrində 6 ay qalan “Lime” və “Neuron” şirkətləri skuterlərini 30 gün ərzində yığmalıdırlar.

Melburn meri Nikolas Ris açıqlamasında skuter istifadəçilərinin “pis davranışından bezdiyini” bildirib. Ris qeyd edib ki, həddən artıq çox insan skuterlərini səkidə sürür, düzgün park etmir və digər insanlar onların üstündən keçir./unikal

COP29