Bu şəhərlərdə ictimai nəqliyyatdan daha çox istifadə edilir – SİYAHI

Yeni bir araşdırma ictimai nəqliyyatın Avropada bir çox insanın ən çox üstünlük verdiyi nəqliyyat növü olduğunu ortaya qoyub.

Yenicag.az xəbər verir ki, “Euronews”un məlumatına görə, Paris, Berlin, Madrid, Stokholm və Varşavadan 2500-dən çox insanın iştirak etdiyi sorğuda Paris sakinlərinin 86 faizi ilə ən çox ictimai nəqliyyata üstünlük verən şəhər olub. Bunun əksinə olaraq, Varşava və Madriddə yaşayanların yarıdan çoxu avtomobil sürməyə davam edir.

Xüsusilə Varşavada ictimai nəqliyyat dayanacaqlarının əlçatanlığı avtomobil seçimlərinə təsir edən amillərdən biri kimi önə çıxır.

Fransa İctimai Nəqliyyat və Dəmiryol Nəqliyyatı Assosiasiyasının prezidenti və bildirib ki, sorğunun nəticələri onun sahə üzrə müşahidələri ilə üst-üstə düşür.

Şəhərlər üzrə orta hesabla sorğuda iştirak edən respondentlərin 36 faizi avtomobillə 15 dəqiqədən az məsafəyə getməyə üstünlük verir.

Mütəxəssislər kənd yerlərində avtomobildən istifadənin geniş şəkildə qalacağı ilə razılaşırlar, lakin bu istifadəni azaltmaq üçün üsullar mövcuddur.

Debon misal olaraq tələb olunan nəqliyyat, avtomobil mübadiləsi və elektrik avtobus marşrutları kimi sistemləri göstərib.

İsmayıl Bakuvi

COP29