Bu şəkil 29,4 milyona satıldı – FOTO

50 ildir özəl kolleksiyada saxlanılan rusiyalı abstraksionist-rəssam Vasili Kandinskinin “Gərginliyin mülayimləşməsi” tablosu Londonda “Sotheby’s” hərrasında $29,4 milyona satılıb.

Unikal.org xəbər veir ki, “Sotheby’s”in şöbə müdiri Helena Nyuman “Gərginliyin mülayimləşməsi”nin rəssamın ən vacib əsərlərindən biri olduğunu söyləyib.

2017-ci ildə Kandinskinin “Ağ xətlər olan şəkil” tablosu “Sotheby’s”də $45,6 milyona alınmışdı.

Bu, onun əsərləri üçün rekord məbləğ olaraq qalır.