ABŞ ilə Rusiya arasında gərginlik son həddə çatıb. Yenicag.az Odatv.com-a istinadən xəbər verir ki, Amerika seçki dönəmində baş verən Wikileaks, DCLeaks.com ve Guccifer 2.0 kimi xaker hücumlarının arxasında Rusiya Federasiyasının önəmli şəxslərinin olduğunu açıqlayıb.
Suriya üzündən aralarında problem yaşanan iki supergüc arasında problem daha da böyüyəcək.
ABŞ kəşfiyyatının ən üst quruluşlarından olan və bir başa prezidentə hesabat verən Birləşmiş Ştatlar Kəşfiyyat Komitəsinin (USIC) hesabatında seçkilərlə bağlı hücumlar dəyərləndirilib.
Demokrat Partiya və Klinton Vakfına qarşı kiber hücumların birbaşa Rusiya dəstəkli olduğu açıqlanıb. Qurum bu hücumların əsl məqsədinin ABŞ-dakı seçkilərə təsir etmək olduğunu da hesabatında qeyd edib.
Açıqlamada ən diqqət çəkən xüsus isə noyabrda keçiriləcək seçkilərdə səsvermə cihazlarının internetə bağlı olub-olmadığının dəqiq araşdırılmasının vacibliyinin vurğulanması oldu.
Xatırladaq ki, kiber hücumlarla Hillari Klintona yardım edənlərin siyahısı və özəl bilgiləri yayılmışdı. Klinton Vakfı bu siyahıların yalan olduğunu və siber hücuma məruz qalmadığını iddia etsə də, USİC bu açıqlaması ilə həm də prezidentliyə namizədin komandasının sözlərini təkzib etdi və bilgilərin doğru olduğunu etiraf etdi.