!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu şərtlərə əməl etməsəniz...” - Onlayn sifarişçilərə XƏBƏRDARLIQ

!Reklam – Yazi

“Onlayn qida sifarişi zamanı koronavirusa yoluxa bilərsiniz”.

Bunu Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Ekspert kafe və restoranlardan onlayn qida sifariş edən istehlakçıları diqqətli olmağa səsləyib:

“Dövlət səviyyəsində koronavirusun qarşısının alınması üçün tədbirlər görülür. Təəssüflər olsun ki, istehlakçılar lazımi səviyyədə bu işə dəstək vermir. Onların tam dəstəyi olmasa, biz bu təhlükəli xəstəliyin qarşısının alınmsında çətinliyə düçar olacağıq. Təhlükədən qorunmağın da üç yolu var: düşmənə hücum edərlər, ya ondan qaçarlar, ya da gizlənərlər. Nə hücum edə bilirik, nə də qaça. Çünki düşmən gözə görünmür. Məcburuq gizlənək. Bunun üçün də maska, sosial məsafə və gigiyenik tələblərə əməl etmək lazımdır. Bilirik ki, koronavirus sellofan torbalarla aparılan məhsullar vasitəsi ilə bir yerdən digər yerə daşınır. Onlayn qida sifariş edənlər xüsusilə diqqətli olmalıdır. İstehlakçılar məsələyə çox ciddi yanaşmalıdır. Gətirilən qida yenidən istidilməlidir. Sifarşi gətirən adama pul verib, qalıq alarkən, gigiyenik qaydalara əməl olunmalıdır. Mütləq əllər dezinfeksiya olunmalı, təmas zamanı maska taxılmalıdır. Eyni zamanda, şəxs sifarşi gətirən adamdan maska taxmağı tələb etməlidir. Təəssüflər olsun ki, biz istənilən restoranda qidanın hazırlanması prosesinin onlayn göstərilməsinə nail olmamışıq. Elə etmək lazımdır ki, qida hazırlayan müəssisənin mətbəxini telefonla onlayn izləmək mümkün olsun. İstehlakçı sifariş etdiyi qidanın necə hazırlandığını və qablaşdırıldığını görməlidir. Belə olmadığı halda da təhlükə qaçılmaz olur”.

Birlik sədri onu da bildirib ki, şübhəli vəziyyət olarsa, insanlar Qida Təhlükəsizliyi Agentliyinin qaynar xəttinə müraciət edə bilər:

“Üstəlik istehlakçı bilməlidir ki, ona qida gətirən subyekt həmin qurumda reyestrə daxil olub, ya olmayıb? Bunu da yoxlamaq üçün həmin şirkət tərəfindən reyestrə daxil olub-olmamaları barədə sənəd tələb edə bilərlər”.

Cəvahir

www.yenicag.az

1838
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv