!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu şəxslər 450 manat cərimələnəcək - DƏYİŞİKLİK

!Reklam – Yazi

Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə yalan rəy verənlər cərimələnəcəklər.

Yenicag.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Bu dəyişikliyə uyğun olaraq, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sənədlərinə qiymətləndirici tərəfindən bilə-bilə yalan rəy verilməsinə görə 250 manatdan 450 manatadək cərimə tətbiq ediləcək.

Qeyd edək ki, qiymətləndiricinin bilə-bilə yalan rəy verməsi nəticəsində qeyri-obyektiv ekspertiza rəyi verilə bilər. Buna görə hər hansı məsuliyyət nəzərdə tutulmadığından İXM-yə belə bir maddənin əlavə edilməsi təklif olunur./Trend/

www.yenicag.az

13490
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv