!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu şəxslər ASAN-a buraxılmayacaq - Şərt açıqlandı

!Reklam – Yazi

“Qabaqcadan növbə götürməyən vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə buraxılmayacaq. Bütün görülən tədbirlər vətəndaşların rahatlığı üçündür”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

O bildirib ki, sadəcə olaraq vətəndaşlar kütləvi toplaşmanın qarşısını almaq üçün əvvəlcədən növbə almalıdırlar: “Qabaqcadan növbə götürməyənlər mərkəzə buraxılmayacaq”.

Onun sözlərinə görə, karantin müddətində “ASAN xidmət”in icazə sistemi vasitəsilə 780 minə yaxın şəxsə icazə verilib:

“Eyni zamanda SMS icazə vasitəsi ilə aprelin 5-dən 25-dək 20 milyon SMS qəbul olunub. Gündəlik təxminən 1 milyon civarında SMS qəbul edirik. 700-800 min insan gündəlik SMS vasitəsilə icazə alır və işlərini həll edir. Nazirlər Kabinetinin qərarı ilə icazə müddəti 2 saatdan 3 saata artırılıb. Eyni zamanda 2 kodu vasitəsi ilə əlavə olaraq “ASAN xidmət” üzrə xidmətləri əldə edə biləcəklər. Vətəndaş “ASAN xidmətə gəlmək istəyirsə, birinci növbə götürsün, sonra evdən çıxmaq üçün icazə alsın. Bu, vətəndaşın vaxtının idarə edilməsi üçün vacibdir”.

Sədr bildiribki, “ASAN Xidmət” mərkəzlərində gün ərzində ümumilikdə 1000 nəfərə yaxın insan qəbul olunacaq:

“Əvvəlki dövrdə gün ərzində 30 min vətəndaş qəbul edilirdisə, hazırki dövrdə bu qədər insanın qəbul olunması yolverilməzdir. Karantin dövründə “ASAN xidmət” mərkəzlərində vətəndaş qəbulu 2 minə endirilib”.

 

www.yenicag.az

580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv