Bu şəxslər əsgərliyə könüllü gedəcək – Yeni qanun

resized_eaa3c-5729e10casker1Türkiyə Nazirlər Kabineti “Hərbi xidmət haqqında” qanunu dəyişib.

AzVision.az-ın “Resmi Gazete”yə istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən 15 iyulda dövlət çevrilişinə cəhd zamanı həlak olanların uşaqları və qardaşları özləri istəməyəcəyi təqdirdə, hərbi xidmətə çağırılmayacaqlar.

Çevrilişə cəhd zamanı dünyasını dəyişən şəxslərdən hazırda hərbi xidmətdə olanlar isə nə vaxt istəsələr, Silahlı Qüvvələrin sıralarından tərxis ediləcəklər.