Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi dəyişib.
Yenicag.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Komissiyanın üzvləri sırasına aşağıdakı bəndlər əlavə edilib:
– Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
– Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
– Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
– Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini.