Bu şəxslər qəbul imtahanlarına BURAXILMAYACAQ – Koronavirusla bağlı bəyannamə imzalanacaq

“Hər abituriyent imtahana gələrkən koronavirusla əlaqəli bəyannamə imzalayıb gətirəcək. Bu bəyannamələr imtahana daxil olan zaman əməkdaşlara verilməlidir”.

Yenicag.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyunun 1-də keçirdiyi onlayn mətbuat konfransında deyib.

O qeyd edib ki, şagird və valideynlər ailələrində koronavirus xəstəsinin olmadığı, imtahandan əvvəlki 15 gündə bu cür xəstələrlə təmasda olmadıqlarını açıq formada bəyan etməlidirlər: “Xəstəliyi olan şəxslər qəbul imtahanına buraxılmayacaq. Buraxılış imtahanında iştirak edə bilməyənlər isə sentyabrda yenidən keçiriləcək imtahanlarda iştirak edə bilərlər”.