Bu şəxslər saçlarını boyaya bilməz – Qeyri-adi qadağa

Türkmənistanın Lebapsk regionunda dövlət müəssisələrində çalışan və yaşı 40-dan yuxarı olan kişilərə saçlarını boyamaq qadağan edilib.

Yenicag.az “qafqazinfo”ya isitnadən xəbər verir ki, bu barədə “Radio Azatlik” məlumat yayıb. Bildirilir ki, qərar Prezident Qurbanqulu Berdımuhammedovun regiona səfərindən sonra qəbul edilib. Profilli müəssisələrin, o cümldən məktəblərin, xəstəxanaların saçlarını boyayan işçilərinə təbii saç rənglərinə qayıtmaq tapşırılıb. İddialara görə, bundan sonra prezidentin regiona səfəri zamanı onunla görüşə yalnız təbii saç rəngində olan insanlar buraxılacaq.

Qeyd edək ki, daha əvvəl Berdımuhammedov özü də ağ saçlarını boyayırdı. Ancaq 2018-ci ildən təbii saç rənginə qayıdan ölkə başçısının bütün idarələrdə əvvəlki imicdəki portretlərinin yığışdırılması haqda göstəriş verildiyi deyilir.