Bu şəxslərə general rütbələri verildi – SƏRƏNCAM

Prezident İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Sabir Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilsin.

Prezident İlham Əliyev başqa bir sərəncamla Bəhlul Lətif oğlu Əliyevi general-mayor ali hərbi rütbəsi ilə təltif edib.