Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu şəxslərə “icaze.e-gov.az” portalı vasitəsilə icazə veriləcək

Ölkə üzrə sərtləşdirilmiş karantin rejimi dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yuxarıda qeyd olunan ərazilərdə hərəkət edə bilərlər.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılmasına dair qərarında bildirilir.

Qeyd edilir ki, müvafiq dövlət qurumları və özəl hüquqi şəxslərin əməkdaşları, habelə bəzi könüllülər təşkilatlarının üzvləri barədə məlumatlar “icaze.e-gov.az” portalına 9 dekabr 2020-ci il saat 10:00-dan etibarən daxil edilməlidir.

 

www.yenicag.az

404