Bu şəxslərə Prezident təqaüdü ayrıldı – Sərəncam

 

serencam_prezident-imza-pl2-1Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Qafarova Zemfira Həsən qızı

Quliyeva Zəhraxanım Teymur qızı.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.