Bu şəxslərin cəzalandırılması davam edəcək – RƏSMİ

“İctimai nəqliyyatda tibbi maskadan istifadə edilməməsi qəbuledilməzdir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı qeyd edib.

Ramin Bayramlı bildirib ki, insanları tibbi maska taxmağa dəvət edən polislərə qarşı qeyri-adekvat hərəkətlərə yol verilməsi qəbuledilməzdir:

“Bəzi vətəndaşlar polisə qarşı bu hərəkəti qələbə kimi qiymətləndirirlər. Buna yol verən insanların cəzalandırılması davam edəcək”.

Gülşən Şərif