Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fevralın 5-də “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Yenicag.az xəbər verir ki, sərəncamla “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin işçilərinin aylıq vəzifə maaşları 2020-ci il fevralın 1-dən 50 faiz artırılıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.