Bu şəxslərin oruc tutması risklidir – Həkimdən XƏBƏRDARLIQ

Ürək xəstəliyinin dərəcəsinə görə həkim nəzarəti ilə ürək xəstələri də oruc tuta bilər.

Yenicag.az xəbər verir ki, bunu ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev deyib.

Onun sözlərinə görə, ürək xəstəliyi olan insan bu mövzuda mütləq həkimindən tövsiyə almalıdır.

O bildirib ki, bu şəxslərin oruc tutması risklidir:

– Son 1 ildə yeni infarkt keçirənlər;

– Ürək xəstəliyinə bağlı nəzarətsiz şikayətləri olanlar;

– Çoxlu dərman istifadəsini tələb edən ürək çatışmazlığı olanlar;

– Nəzarətsiz hipertenziya (yüksək təzyiq) xəstələri;

– Ürək qapağı protezi və ya insult riskinin artması səbəbindən qan durulaşdıran dərmanlardan istifadə edən insanların oruc tutmağı sağlam deyil.