Bu silahımız Pakistan və İordaniya ordusunda…

Azərbaycanın istehsal etdiyi “İstiqlal” snayper tüfəngi Azərbaycan, Pakistan və İordaniya Silahlı Qüvvələrində istifadə olunur.

Yenicag.az xəbər verir ki, bunu Report-a Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının hərbi qulluqçusu baş leytenant Bəybala Bağırbəyli “Qazax” Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı deyib.

O bildirib ki, “İstiqlal” snayper tüfəngi döyüş əməliyyatlarında uğurla istifadə olunub:

“Silahın satışı məhduddur və məhdud ölkələrə satılır. Bu silah Azərbaycan, Pakistan və İordaniya Silahlı Qüvvələrində istifadə olunur. Silahın çapı 14.5 mm-dir. Nişanalma məsafəsi mexaniki və optik nişangahla iki min metrdir”.

COP29