Bu siqaretlər 3 manat oldu

Azərbaycanda siqaretlərin qiymətində artım olub.

Yenicag.az xəbər verir ki, bütün siqaretlərin qiyməti qaldırılıb.

Ən çox artım “Kent” və “Sobranie”da olub. Bu siqaretlərin qiyməti 30 qəpik artırılaraq 3 AZN olub. Digər siqaretlərin isə qiymətində 20 qəpik artım olub.

Əldə etdiyimiz məlumata görə, siqaretlərin qiymətindəki artım bu gündən tətbiq edilib.

Səxavət Məmməd