Bu şirkətlər də satışa çıxarıldı – SİYAHI

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) martın 7-də növbəti əmlak hərracı keçirəcək.

Yenicag.Az  xəbər verir ki, həmin gün digər əmlaklarla yanaşı 21 səhmdar cəmiyyətin səhmlərinin 30-45 faizlik hissəsi satışa çıxarılacaq.

Onlardan ən ucuzunun ilkin satış qiymət 6 251 manatdır. “Tərtər İxtisaslaşdırılmış Nəqliyyat” ASC bu qiymətə satılır. Ən baha satılan müəssisə isə “Sabirabad Mexanikləşdirmə”ASC-dir. Şirkətin səhmlərinin 30%-nin ilkin satış qiyməti 127 min 552 manat müəyyən olunub.

Hərracda iştirak etmək istəyən şəxslər onun ilkin satış qiymətinin 10%- məbləğində beh ödəməlidirlər.
Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Sifarişlər Azərbaycan Respublikasının ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.

Eləcə də bax: “Azərxalça”nın əmlakı satışa çıxarıldı – ÖZƏLLƏŞDİRMƏ

Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.
Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) Səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; -müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.

Pul hərracı 2017-ci ilin mart ayının 7-də saat 09:30-da Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində (ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 139 A) keçiriləcək.
Həmin gün hərraca çıxarılacaq səhmdar cəmiyyətlərin tam siyahısı ilə buradan tanış ola bilərsiz.

Yenicag.Az