Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi fevralın 28-də növbəti əmlak hərracı keçirəcək.
Yenicag.Az-ın məlumatına görə, həmin gün daha 20 səhmdar cəmiyyətin səhmlərinin 20-45 faizlik hissəsi satışa çıxarılacaq.
Onların sırasında ən baha qiymətə satılan “Mingəçevir Qum Çınqıl” ASC-dir. Şirkətin ilkin satış qiyməti 155 min manat müəyyən edilib.
Ən ucuz satılan isə “Zaqatala Sənaye Kombinatı” ASC-dir. Şirkətın start qiyməti 8 080 manat təyin olunub.
Həmin gün satılacaq digər əmlakların tam siyahısı ilə buradan tanış ola bilərsiniz.
Yenicag.Az