“Bu siyahıda YAP-ın indiki deputatlarından kimlərin yenidən namizəd olacağı öz əksini tapıb” – Elman Nəsirov

“Tam siyahı bütün namizədlərimiz tam dəqiqləşdikdən sonra açıqlanacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında hakim Yeni Aəzrbaycan Partiyasının (YAP) açıqladığı namizədlərin ilkin siyahısına daxil edilmiş fəaliyyətinə xitam verilmiş Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Nəsirovun sözlərinə görə, mətbuatda açıqlanan siyahı YAP-ın indiki deputat korpusuna daxil olan şəxslər arasında edilmiş seçimdir:

“Bu siyahıda indiki deputatlardan hansının yenidən namizəd göstəriləcəyi öz əksini tapıb. Tam siyahı bütün namizədlərimiz tam dəqiqləşdikdən sonra açıqlanacaq”.

Səxavət Məmməd