Orfoqrafiya Komissiyasının bugünkü iclasında qəbul olunan qərara əsasən, bir sıra sözlərin yazılışı dəyişdiriləcək.
Yenicag.az xəbər verir ki, mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılacaq: hüsnxət, kiloqram, kilovat, metal, mühüm, rəsmxət, sərhəd və s.
Mənbə dildə bəzi təkhecalı və çoxhecalı sözlərin sonunda işlənən qoşa ss samitindən yalnız biri yazılacaq: ekspress – ekspres, konqress-konqres, stress – stres və s.
Roma rəqəmlərindən sonra şəkilçi yazılmayacaq: beşinci – V, onuncu – X və s.
Qeyd edək ki, layihə Nazirlər Kabinetinin müvafiq qərarından sonra təsdiqlənəcək./Report/