Reklam: High Technic
hightechnic

"Bu sualın cavabı yoxdur" - Qurban Qurbanov

Reklam: Sinerji Pro

Azərbaycan Premyer Liqasının 4-cü turundan təxirə salınmış oyunda səfərdə “Səbail”i məğlub edən (2:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Yenicag.az xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

– Çempionatın son oyunu idi. Çox istəyirdik qalib gələk. Çox şükür ki, hər şey bizim tərəfimizdə oldu. Uşaqlar qalib gəlmək üçün əllərindən gələni etdilər. Futbolçularıı təbrik edirəm. Texniki səhvlərimiz, top itkilərimiz oldu. Ancaq əsas odu ki, 3 xal qazandıq. Samir Əliyevə gələcək oyunlarda uğurlar arzulayıram.

– Rəşad Sadıqov ilk hissənin ortalarında zədələnsə də, onu ikinci hissədə əvəzlədiz…
– Öncə ciddi bir şey görünmürdü. Lakin ikinci hissədə vəziyyətinin nisbətən pisləşdiyini görüb, əvəzləmək qərarına gəldim.

– Bu gün mövsümboyu az oynamış oyunçulara şans verdiz. Bunu onlara verilmiş son şans kimi dəyərləndirmək olar?
– Komanda Romadan yorğun qayıtmışdı. Bu, birinci dəfə deyildi. Əvvəllər də belə etmişdik.

– Sizcə, yeni oyunçulara ehtiyac var?
– Əvvəlki fikrimdə qalıram. Futbol elə oyundu ki, burda hər şey baş verə bilər. Qışda bir neçə mövqedə dəyişiklik etmək istəyirəm. Danışıq apardığımız oyunçular var.

– Bu o deməkdi ki, bəzi oyunçular göndəriləcək?
– Qışda olmasa belə, yayda dəyişikliklər olacaq.

– Klub prezidenti “Qarabağ”ın gələcəyi ilə bağlı açıqlamasında yerli oyunçulara daha çox şans veriləcəyini, gəncləşdirmə siyasəti aparılacağını dedi. Bu, sizi narahat etmir?
– Düzü, həmin açıqlamanı oxumamışam. Biz həmişə gənclərin heyətə cəlb edilməsinin tərəfində olmuşuq.

– Anton Kanibolotskini komandaya nəyə gətirmişdiz?
– Bu sualın cavabı yoxdur. Avropanın ən böyük klublarında da eyni səviyyəli iki qapıçı olur. Çempionat oyunlarına baxsaq, Kaniboltski daha çox oynayıb, nəinki digərləri. Onu komandaya niyə gətirdiyimə gəlincə, komandada eyni səviyyəli qapıçıya ehtiyac var idi. Avrokuboklarda ikinci qapıçı kimi həmişə Anton Kanibolotski olub, Şahruddin Məhəmmədəliyev yox. Şahruddinə çempionatda daha çox şans verməyim isə ilk növbədə limitlə bağlıdı. Bir də deyirəm bu sualın konkret cavabı yoxdu.

www.yenicag.az

1023